Moldova – Azərbaycan görüşü baş tutacaq!
22.03.2010 - 00:24
Mayın 26-da Avstriyada Azərbaycan və Moldova milli komandaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq oyununun baş tutmayacağı barədə xəbərlər yayılmışdı. Apasport.az saytının xəbərinə görə, Moldova Futbol Federasiyası buna səbəb kimi təlim-məşq toplanışını Avstriyada keçirməyəcəklərini göstərmişdi.
Lakin növbəti dəfə AFFA-ya müraciət edən Moldova Futbol Federasiyası Moldova yığmasının Avstriyada hazırlaşacağını və millimizlə yoldaşlıq oyunu keçirməyə hazır olduqlarını bildirib. Beləliklə, mayın 26-da, Avstriyada millimizlə Moldova yığması arasında yoldaşlıq oyunu keçiriləcək.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0