Bülənt Korkmaz “Bakı”dan istefa verdi
22.03.2010 - 15:05
Bülənt Korkmaz “Bakı” klubunun baş məşqçi postundan istefa verib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 42 yaşlı türkiyəli çalışdırıcısı ilə Unibank Premyer Liqasının axırıncı turundan sonra yollarını ayırıb. Hələ Azərbaycan kuboku uğrunda “Standard”la 1:1 hesabı ilə nəticələnən oyundan sonra istefası gündəmdə olan Korkmaza şans verildi. Ancaq Unibank Premyer Liqasında son turunda “Neftçi”yə məğlubiyyət (0:1) həlledici olub. Nəticədə çempionluq yolunda geriləyən, lider “İnter”dən artıq 6 xal geri qalan “Bakı”nın çempionluq titulunu qoruması çətinləşib. Rəhbərlik bu ilin yanvarında “Birlik kuboku”nda komandanın uğursuz çıxışından sonra baş məşqçidən narazı qalmışdı. Bundan iki ay sonra Korkmazla əməkdaşlıq dayandırılır. Onun klubla anlaşması cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Korkmaz ötən ilin sentyabrın sonunda “Bakı”nın sükanı arxasına gətirilmişdi. O, həmin vaxt makedoniyalı həmkarı Qyoko Hacıyevskini əvəzləmişdi. Korkmaz məşqçilik karyerasında buna qədər də iş yerini tez-tez dəyişib.
Qeyd edək ki, Korkmaz ötən ilin sentyabrın sonunda “Bakı”nın sükanı arxasına gətirilmişdi. O, həmin vaxt makedoniyalı həmkarı Qyoko Hacıyevskini əvəzləmişdi. Korkmaz məşqçilik karyerasında buna qədər də iş yerini tez-tez dəyişib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0