Sabah “Qalatasaray”da prezident seçkisi keçiriləcək - FOTO
26.03.2010 - 17:27
Martın 27-də İstanbulun “Qalatasaray” klubunda seçki qurultayı keçiriləcək. APA-nın xəbərinə görə, klub üzvləri növbəti 2 illik müddətə prezident və İdarə Heyətinin 15 üzvünü seçəcəklər. Prezidentlik uğrunda klubun indiki rəhbəri, iş adamı Adnan Polat və klub İdarə Heyətinin keçmiş üzvü, iş adamı Adnan Öztürk mübarizə aparacaq.
Səsvermə yerli vaxtla saat 10.00-da İstanbuldakı “Qalatasaray” liseyinin Tofiq Fikrət salonunda başlayacaq və saat 15.00-da yekunlaşacaq. “Qalatasaray”ın 10 min 824 rəsmi üzvündən səs vermək üçün qeydiyyatdan keçmiş 7 min 521-i seçkidə iştirak hüququ əldə edib.
Qeyd edək ki, “Qalatasaray” klubu 1905-ci ildə Əli Sami Yen başda olmaqla eyni adlı liseyin bir qrup tələbəsi tərəfindən qurulub.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0