Əfqan Həmzəyevə 3 oyunluq cəza, Xaqani Məmmədova töhmət
30.03.2010 - 19:22
AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova işdə yol verdiyi nöqsanlara görə töhmət elan olunub. Apasport.az saytının xəbərinə görə, bu gün qəbul olunan digər qərarda “Xəzər-Lənkəran” – “Neftçi” matçının baş hakimi Əfqan Həmzəyev də cəzalandırılıb. Oyuna hazırlıqla bağlı qeyri-peşəkar hərəkətlərə yol verdiyi üçün Həmzəyevə Hakimlər Komitəsinin qərarı ilə 3 oyunluq cəza verilib.
Həmin qarşılaşmanın AFFA nümayəndəsi Namiq Məstanov vəzifə səlahiyyətlərini aşdığı üçün Hakim-İnspektorlar Komitəsinin qərarı ilə töhmət alıb.
Həmin qarşılaşmanın AFFA nümayəndəsi Namiq Məstanov vəzifə səlahiyyətlərini aşdığı üçün Hakim-İnspektorlar Komitəsinin qərarı ilə töhmət alıb.
- “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- “Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
- Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”
- A Seriyası klubunda yeni baş məşqçi
0
0