Arda Turan: Azərbaycan milli komandası zəif rəqib deyil
01.04.2010 - 13:16
Türkiyə milli komandasının aparıcı futbolçusu Arda Turan Azərbaycan yığmasını asan rəqib saymır. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” klubunun 23 yaşlı kapitanı “ay-ulduzlular”ın Avro-2012-də bütün oyunlarını çətin hesab edir.
Arda milli komandamız da daxil olmaqla, qrupdakı bütün rəqiblərlə görüşləri ciddi yanaşmağın vacibliyini bildirib: “Seçmə mərhələdə bütün oyunlarımız çətindir. Əslinə baxsan, Azərbaycan və Qazaxıstan yığmaları ilə oyunlar da ağır olacaq. Çünki indi hər yığma ən azından müdafiə olunmağı bacarır. Amma yaxşı hazırlaşsaq, problem yaşamarıq”.
Qeyd edək ki, milli komandamız Avro-2012-də ilk ev oyununu bu ilin oktyabrın 12-də Türkiyə yığması ilə keçirəcək.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0