Penaltilər “Liverpul”u yıxdı
02.04.2010 - 01:25
Avroliqada 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk görüşlər qonaq komandaların qələbə qazana bilməməsi ilə yadda qaldı.
Turnirin əsas favoritlərindən “Liverpul” 1/8 finalda olduğu kimi, səfərdə minimal fərqlə uduzdu. Hərçənd, bu dəfə ingilislər oyunun əvvəlində vurduğu qolla hesabda irəlidə idilər. Ancaq “Liverpul”u ikinci hissədə Kardoso 20 dəqiqəyə iki dəfə penalti zərbəsini dəqiq yerinə yetirməklə, təkbaşına məğlub etdi.
“Benfika” kimi, “Hamburq”la “Fulhem” də evdə 2:1 hesablı qələbə sevinsə də, fərqin az olduğunu nəzərə alsaq, səfərdə işləri çətin olacaq. Yeganə sülhlə nəticələnən oyun İspaniyada olub. “Valensiya” əvvəlki mərhələdə olduğu kimi, “Atletiko” ilə də evdə sərf etməyən məhsuldar heç-heçə edib.
Qeyd edək ki, cavab görüşləri bir həftə sonra keçiriləcək.
Avroliqa, 1/4 final mərhələsi
İlk oyunlar
“Fulhem” (İngiltərə) – “Volfsburq” (Almaniya) - 2:1
Zamora, 59; Daff, 63 - Madlunq, 89
“Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 2:1
Kardoso, 59 (p); 79 (p) - Aqqer, 9
“Hamburq” (Almaniya) – “Standard” (Belçika) - 2:1
Petriç, 42 (p), van Nistelroy, 45 - Mbokani, 31
“Valensiya” (İspaniya) – “Atletiko” (İspaniya) - 2:2
Fernandes, 67; Vilya, 82 - Forlan, 59; Lopes, 72

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0