“Simurq” “yas”dan çıxdı
05.04.2010 - 10:00
Zaqatalanın “Simurq” klubu uğursuz seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, Roman Pokoranın yetirmələri nəhayət ki, qol vura bilib. “Muğan”la qarşılaşmanın 16-cı dəqiqəsində fərqlənən Elşən Məmmədov komandasının final mərhələsində ilk qolunun müəllifi olub.
Həlledici mərhələnin ilk 3 qarşılaşması, həmçinin ölkə kubokunun 1/4 finalının əlavə vaxt da daxil olmaqla, iki matçını qolsuz yola verən “Simurq” sonuncu dəfə fevralın 21-də belə sevinc yaşamışdı. David Bolkvadzenin Tovuzdakı qolunun “qırxı” çıxandan sonrakı ilk oyun zaqatalalıların seriyasının bitməsi ilə əlamətdar oldu. 41 gün sonra vurulan qoladək, “Simurq” 523 dəqiqə buna çalışmışdı.
“Simurq”un qolsuz seriyası

21/02/2010 | Turan | Simurq | 1:2 |
07/03/2010 (kubok) | Simurq | Olimpik-Şüvəlan | 0:0 |
12/03/2010 | Simurq | Karvan | 0:0 |
16/03/2010 (kubok) | Olimpik:Şüvəlan | Simurq | 0:0 (əlavə vaxt) |
20/03/2010 | Simurq | Olimpik-Şüvəlan | 0:3 |
27/03/2010 | Turan | Simurq | 0:0 |
03/04/2010 | Simurq | Muğan | 1:0 |
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0