Avstraliyada AFFA-ya güzəştə gedəcəklər
05.04.2010 - 12:40
Avstraliya Futbol Federasiyasının adı dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, okeanın o tayındakı futbol qurumunun adı ilə bağlı müzakirələr qızışıb.
Avstraliyalı həmkarlarımızı təşkilatın düzgün adlandırılmamağı narahat edir. Onların fikrincə, qurumun AFF kimi tanınması düzgün deyil. Çünki Avstraliyada bir sıra qurumları birləşdirən təşkilatın federasiya deyil, assosiasiya adlandırılmasını daha məqsədəuyğun sayırlar. Həmkarlarımız yeni ad üçün uyğun variant da fikirləşib: Avstraliya Futbol Federasiyaları Assosiasiyasını AFFA adlandırsaq, bu qarışıqlıq yaradacaq. Axı çox hörmət
etdiyimiz Azərbaycan futbol qurumu da bu adı daşıyır. Camaatın çaş-baş qalmaması üçün bizdə təşkilatı AFAA kimi adlandırmaq olar.
Qeyd edək ki, ölkəmizdə 1992-ci ildən AFFA adını daşıyan ali futbol qurumumuz Azərbaycan Futbol Federasiyaları Assosiasiyası anlamına gəlir.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0