“Turan” klubu özünə prezident tapdı
27.05.2010 - 14:37
Tovuzun “Turan” klubunda prezident postunu kimin tutacağına tam aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Musa Süleymanov yarım illik fasilədən sonra yenidən qərb təmsilçisinin rəhbərliyinə keçib.
Ötən ilin sentyabrında klubun prezidenti seçilən “Simurq TV” televiziya kanalının sahibi qışda “Turan”ı tərk etməli olmuşdu. Müxtəlif vaxtlarda komandaya müəyyən köməklik etmiş iş adamı yanvarın sonunda istefa vermişdi. Süleymanov bunu həmin vaxt komandanı saxlamağa gücünün çatmaması ilə əsaslandırmışdı. “Turan” Premyer Liqada yerini qorusa da, maliyyə problemləri üzündən ağır vəziyyətdə olduğu üçün sabiq prezident yenidən kluba kömək etmək qərarına gəlib.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0