“Xəzər-Lənkəran” yenidən Avstriyaya gedir
27.05.2010 - 15:04
“Xəzər-Lənkəran” klubu yenidən Avstriyada təlim-məşq toplanışı keçəcək. Komandanın rəisi Səməd Mustafayevin apasport.az saytının verdiyi məlumata görə, Avroliqaya və yeni mövsümə hazırlıq məqsədilə bu ölkəyə üz tutacaqlar: “Təlim-məşq toplanışımız iyunun 10-dan 25-dək olacaq. Həmin 15 günlük toplanışının Avstriyanın hansı şəhərində keçirəcəyimiz hələ dəqiqləşməyib. Çalışacağıq ki, ötən yay getdiyimiz, yəni Zalsburq şəhərinin yaxınlığında olsun. Bizim üçün münasib məkan olduğundan, yenidən orada hazırlıq keçmək istəyirik. Toplanış müddətində yoxlama oyunları keçirəcəyik. Avrokokuboklarda püşkün nəticəsi, yəni ilk oyunu evdə, yoxsa səfərdə keçirəcəyimiz də toplanışla bağlı məsələlərə təsir edəcək”.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın rəqibi avrokuboklarda ölkəmizi təmsil edəcək “İnter”, “Bakı” və “Qarabağ” klubları kimi iyunun 21-də keçiriləcək püşkatmada bilinəcək.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın rəqibi avrokuboklarda ölkəmizi təmsil edəcək “İnter”, “Bakı” və “Qarabağ” klubları kimi iyunun 21-də keçiriləcək püşkatmada bilinəcək.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0