Yığmamızın futbolçusu: Makedoniya və Honduras məğlubedilməz deyil!
27.05.2010 - 23:13
“Təbii ki, yığma komandamızın Moldova ilə keçirdiyi oyunu izlədim. Havanın yağmurlu olması, ola bilsin, uşaqların meydanda hərəkət etməsinə problem yaratsın. Həm də mövsümün sonu olduğundan futbolçularda müəyyən qədər yorğunluq müşahidə olunurdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.
Zədəli olduğu üçün milli komandamızın Avstriyadakı təlim-məşq toplanışından kənarda qalan Sadiqov yoldaşlıq oyununu da ekran başında izləyib. O, əsas məqsədin Avropa çempionatının qrup mərhələsinin oyunlarına hazırlıq olduğunu bildirib. Qarşıdakı matçlar barədə də danışan yarımmüdafiəçi millimizdən ancaq qələbə gözlədiyini qeyd edib: “Bu yoldaşlıq oyunudur. Məqsədimiz rəsmi oyunlara hazırlaşmaqdır. Növbədə Makedoniya və Hondurasla oyunlar var. Təbii ki, hər iki görüşdə komandamızdan ancaq qələbə gözləyirəm. Bu gün həm Makedoniya, həm də Honduras məğlubedilməz deyil. Orta səviyyəli komandalardır. İngiltərə, İtaliya deyillər ki, oynamaq çətin olsun”.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0