“Neftçi” Avstriyada mövsümün futbolçusunu transfer etmək istəyir
27.05.2010 - 17:11
Bakının “Neftçi” klubunun maraqlandığı makedoniyalı hücumçunun adı məlum olub. Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, milli komandamızla bu ölkədə yoldaşlıq görüşünə çağırılan Makedoniya yığmasının 24 yaşlı futbolçusu Mənsur Kurtişi “ağ-qaralar”ın transfer siyahısında yer alıb.
Alban əsilli Mənsur ötən mövsümü Avstriya çempionatında 5-ci yeri tutan “Maqna” klubunda oynayır. 13 yaşında Avstriyaya köçən Kurtişi Vyananın məşhur “Rapid” klubunun yetirməsidir. 1,85 metr boya malik hücumçu 2008-ci ildə şərəfini qoruduğu “Manqa”da keçirdiyi 49 oyunda 14 qol vurub. Mənsur 2007/08 mövsümünün yekununa əsasən Avstriya birinci liqasının ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, “Neftçi”nin maraqlandığı makedoniyalı futbolçular arasında digər hücumçu, habelə yarımmüdafiəçilər var. Hazırda Avstriyada səfərdə olan “Neftçi”nin baş məşqçisi Arif Əsədovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu iyunun əvvəlində vətənə dönəcək. Futbolçu seçimi ilə məşğul olan Əsədov Makedoniyanın yığmamızla mayın 29-da, iyunun 2-də Rumıniya ilə yoldaşlıq görüşünü izləmək fikrindədir.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0