“Neftçi” “Partizan” və “Bari”dən daha üstün oynadı”
27.05.2010 - 22:13
İtaliyada keçirilən "Ciociaria World Cup-4" turnirinin 1/4 final mərhələsinə vəsiqə qazanan "Neftçi"nin 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Rüfət Quliyev "Bari" ilə oyundan sonra fikirlərini açıqlayıb. Klubun saytına müsahibə verən gənc çalışdırıcı bildirib ki, yetirmələri daha üstün oyun göstərərək, növbəti mərhələyə vəsiqə qazanıb: “Çətin qrupa düşmüşdük. Təsadüfi deyil ki, qrupumuzda mübarizə aparan klublardan ikisi – həm "Partizan", həm də "Bari" çempionluğa əsas namizədlərdən hesab olunurdu. Buna baxmayaraq, "Neftçi" rəqiblərindən daha üstün oyun göstərərək, növbəti mərhələyə vəsiqə qazandı. Bu cür yüksək səviyyəli turnirlərdə iştirak etmək futbolumuzun inkişafına xidmət edir. Belə mötəbər yarışda çıxış etməyimizə şərait yaratdığı üçün klub rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0