“İnter”də yeni baş məşqçi!
11.06.2010 - 08:49
Rafael Benitesin İtaliyanın “İnter” klubunun yeni baş məşqçi olması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, yaxınlarda İngiltərənin “Liverpul” klubunu tərk edən təcrübəli ispaniyalı mütəxəssis artıq rəsmən Milan təmsilçisinin yeni çalışdırıcısıdır. “İnter”in rəhbərliyi Beniteslə 2 illik – 2012-ci ilin iyunun 30-a kimi müqavilə imzalayıb. Onun təqdimat mərasimi iyunun 15-də keçiriləcək.
Qeyd edək ki, Benites bu postda Madridin “Real” klubunun sükanı arxasına keçən portuqaliyalı həmkarı Joze Mourinyonu əvəzləyib.
Qeyd edək ki, Benites bu postda Madridin “Real” klubunun sükanı arxasına keçən portuqaliyalı həmkarı Joze Mourinyonu əvəzləyib.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0