Mixael Ballak “Bayer”ə qayıdır
11.06.2010 - 23:13
“Çelsi”nin yarımmüdafiəçisi Mixael Ballak komandanı tərk edəndən sonra onunla Almaniyanın bir sıra klubları maraqlanmağa başlayıblar. Apasport.az saytının xəbərinə görə, həmin komandalar arasında Leverkuzen "Bayer"i də var.
Klubun idman direktoru Rudi Föller bildirib ki, Ballak barədə düşünməyə bilməzlər: "Mixael burada əla illər keçirib və onunla həmişə əlaqə saxlamışıq. Təbii, transfer məsələsinə sakit yanaşsaq da, imkanlarımızı dəyərləndiririk. İllah da ki, Ballak Almaniyaya dönmək istəyir".
Almaniya yığmasının kapitanı 1998-2002-ci illərdə "Bayer"də oynayıb. Ballak özü də Almaniyaya dönə biləcəyini istisna etməyib: "Vətənimlə fəxr edir, alman həyat tərzini sevirəm. Karyeramı davam etdirmək üçün Almaniyadan bir neçə təklif almışam".

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0