Dünya çempionu Azərbaycanın I divizionunda - FOTO
15.06.2010 - 13:09
SSRİ-nin yeniyetmələrdən ibarət milli komandasının tərkibində dünya çempionu olan Vladislav Qədirovun yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 40 yaşlı Qədirov 1 aydan çoxdur namizəd olduğu "Rəvan" klubunun baş məşqçisi postuna rəsmən təyin olunub. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Qədirov bu vaxta kimi Salyanın "Muğan" klubunda aşağı yaş qrupları üzrə komandanın koordinatoru və əsas komandanın rəisi vəzifəsini icra edirdi. Xatırladaq ki, Qədirov əvvəllər NBC adı altında yarışan "Muğan"ın ilk baş məşqçisi kimi tarixə düşüb.
Hazırda I divizionda mübarizə aparan "Rəvan" "Muğan"ın farm-klubu hesab olunur. Belə ki, ötən il "Muğan"ın heyətindən uzaqlaşdırılan futbolçuların çoxu hazırda "Rəvan"ın uğurları üçün çalışırlar. Bütün bunları nəzərə alıb, Vladislav Qədirovun iş yerini dəyişmədiyini söyləmək mümkündür.
Qədirov apasport.az saytına açıqlamasında "Rəvan" klubunda rəsmi fəaliyyətə başladığını təsdiqləyib.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0