“Gəncə” legioner istəmir
16.06.2010 - 12:29
“Yeni oyunçularımız var. Ad çəkmək istəmirəm. Çünki hələ rəsmi müqavilə imzalamamışıq. Bir həftə ərzində bu işlər yekunlaşacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
Son mövsümü I divizionda keçirən və çempion olan “Gəncə” 4 illik fasilədən sonra yenidən Premyer Liqada mübarizə aparacaq. Komanda artıq bu gündən etibarən yeni mövsümün hazırlığına start verib. Baş məşqçi Fuad İsmayılovun rəhbərliyi altında məşq edən komanda seleksiya işlərini də davam etdirir. Maraqlıdır ki, ölkənin ikinci ən böyük şəhərinin təmsilçisi yerli oyunçulara üstünlük verəcək: “Danışıq apardığımız futbolçular arasında legioner yoxdur. Yəqin ki, olmayacaq da”.
Artıq komanda üçün yeni mövsümdə geyinəcəyi geyim dəstlərinin sifariş olması istiqamətində işlər görülür. Əliyev bir neçə firma arasında seçim edəcəklərini bildirib: “Adidas”ın Moskvadakı nümayəndəliyi ilə danışmışıq, “Umbro”da öz kataloqunu göndərib. Başqa firmalar da var. Lakin hələ seçim etməmişik. Yaxın günlərdə qərarımızı verəcəyik”.
Sonda qeyd edək ki, əyalət təmsilçisi təlim-məşq toplanışı keçirmək üçün iyulda Türkiyəyə yollanacaq.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0