Zaur Məmmədov: Qoy Hacıyevski yığmaya futbolçu hazırlasın
01.07.2010 - 14:03
“Heyətin gəncləşməsindən asılı olmayaraq, qarşıya qoyulan məqsədimiz dəyişməyəcək. Bu gün Qyoko Haçıyevski kimi mütəxəssis dəvət etmişik. Qoy o, yığma komandamız üçün oyunçular hazırlasın”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.
Ötən il bürünc mükafat qazanan “Simurq” sonrakı mövsümü uğursuz keçirərək, heç “altılığ”a düşmədi. Mövsüm bitəndən sonra ukraynalı Roman Pokoranı makedoniyalı Qyoko Hacıyevski ilə əvəzləyən Zaqatala klubu kursunu da dəyişdirdi. Belə ki, daha çox legionerlərə bel bağlayan komanda bundan sonra yalnız gənc yerli futbolçulara güvənəcək. Məmmədov indiki vəziyyətdə bunu düzgün addım sayır: “Nə vaxta kimi legionerlərin və yaşlı oyunçuların xidmətindən istifadə edəcəyik? Belə məqamda qazanılan uğur da müvəqqəti olur. Hələ müqavilə bağladığımız futbolçu yoxdur. Hacıyevski seçimini yekunlaşdırmayıb. O, nə vaxt gəlib hansı oyunçularla anlaşmağın lazım olduğunu bildirsə, onlarla müqavilə imzalayacağıq”.
Prezident komandaya daha bir məşqçini dəvət etməyi düşündüklərini açıqlayıb: “Qapıçılarla işləyən məşqçi dəvət edəcəyik. Namizədimiz var, ancaq hələ razılaşmamışıq. Əgər müqavilə imzalasaq, adını açıqlayacağıq”.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0