“Xəzər-Lənkəran”ın futbolçuları klubumuzu gücləndirə bilməz”
03.07.2010 - 13:25
Moldovanın “Olimpiya” klubunun vitse-prezident Sergey Kiselev “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovun fikrinə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisimiz Avroliqanın I təsnifat mərhələsində “Olimpiya” ilə səfərdə qolsuz bərabərliklə nəticələnən oyundan sonra rəqibin heç bir futbolçusunun komandasını gücləndirə bilməyəcəyini deyib.
Kiselevin fikrincə, lənkəranlı futbolçular da onların tələblərinə cavab vermir: “Elə “Xəzər-Lənkəran”ın futbolçuları da “Olimpiya”nı gücləndirə bilməz. Üstəlik, onların məvacibinin məbləğini nəzərə alsaq. Bu, heç də komandanın oyununun məzmununa və futbolçuların ustalıq səviyyəsinə gəlmir. Hələ görək bir həftə sonra Lənkəranda kim güclü olacaq!”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0