Rikardo Kuarejma “Neftçi” klubunu təriflədi
03.07.2010 - 23:15
"Beşiktaş" klubunun futbolçusu Rikardo Kuarejma “Neftçi” ilə yoldaşlıq görüşündən sonra fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, portuqaliyalı legioner Bakı təmsilçisi haqda xoş sözlər deyib: “Neftçi" yaxşı oyun nümayiş etdirdi. Məndə olan məlumata görə, bu komandanın futbolçularının çoxu gəncdir. Buna baxmayaraq, meydanda əsl peşəkar oyun göstərərək, sonadək mübarizə apardılar. Oyuna nəzarət edərək, qələbə qazanmaqda bizə problem yaratdılar. Bundan sonrakı oyunlarda "Beşiktaş"ın heyətində nəyə qadir olduğumu göstərəcəyəm”.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0