“Azərbaycandan öyrənəcəyimiz çox şey var” - FOTO
26.07.2010 - 12:41
“Futbol Azərbaycanda sürətlə inkişaf edir. Qonşularımızdan öyrənəcəyimiz çox şey var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan Futbol Federasiyasının (QFF) baş katibi Sayan Hamitcanov deyib.
Bir müddət əvvəl ölkəmizdə gələn Hamitcanov səfər çərçivəsində AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək, fikir mübadiləsi aparmışdı. QFF-nın rəsmi saytına fikirlərini bildirən baş katib Azərbaycan səfəri ilə bağlı təəssüratlarını bildirib.
O, son illər Azərbaycanda futbolun inkişafı istiqamətində görülən işlərdən danışaraq təəccübləndiyini bildirib: “Xüsusilə, uşaq futboluna münasibəti və böyük tədbirlərin təşkilini qeyd edə bilərəm. Artıq Azərbaycanda futbola 8000 nəfərdən çox məktəbli cəlb olunub”.
Qeyd edək ki, Qazaxıstan millisi Avro-2012-in seçmə mərhələsində yığmamızla eyni qrupda qərarlaşıb.

- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0