“Qalasararay” Elanoya 12 milyon avro qiymət qoydu
26.07.2010 - 15:33
“Qalatasaray”ın braziliyalı futbolçusu Elano Blumer karyerasını Rusiya Premyer Liqasında davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, Moskva MOİK-i 29 yaşlı hücuma meylli yarımmüdafiəçinin keçidi ilə bağlı “Cim Bom”a rəsmi təklif irəli sürüb.
Ruslar Elanonun transferini 9 milyon avro qiymətləndirir. Bu isə “Qalatasaray”ın bir il öncə Blumeri almağa görə “Mançester Siti” klubuna ödədikləri məbləğdən 2 milyon çoxdur. Ancaq istanbullular Braziliya yığmasının da əsas heyətinin üzvü olan futbolçusunu 12 milyondan aşağı satmaq fikrində deyil.
Qeyd edək ki, MOİK-lə “Qalatasaray” arasında danışıqlar Elano tətildən qayıdandan sonra bərpa olunacaq.

- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0