Məşhur ingilis futbolçudan “Qarabağ”a böyük dəstək!
04.08.2010 - 23:07
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams “Qarabağ”ın Avroliqada şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 22 il London “Arsenal”ında oynamış veteran müdafiəçi komandamızın Polşa “Visla”sını keçəcəyini düşünür.
Adams bildirib ki, Ağdam klubu hətta Avroliqanın qrup mərhələsində oynamağa layiqdir: “Bu, realdır. “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşmək şansı böyükdür. İnanıram ki, komandanız buna nail ola biləcək. Çünki “Qarabağ” qrupa düşməyi bacara biləcək səviyyədə güclü komandadır”.
Qeyd edək ki, Polşada “Visla”nı məğlubiyyətə uğratmış “Qarabağ” rəqibini bu gün qəbul edəcək.

- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0