Azərbaycan yığmasının 3 futbolçusu Türkiyəyə yollanıb
05.08.2010 - 12:51
Türkiyənin Adana Ortopediya Xəstəxanası ilə AFFA arasında müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, xəstəxananın direktoru Tansel Turan həmyerlilərimizə tibbi yardım göstərmələrindən məmnunluq duyur: “Biz yalnız futbol deyil, voleyboldan basketbola qədər bütün sahələrdəki idmançıların müalicəsi ilə əlaqədar razılaşma əldə etdik. Bu, sponsorluq razılaşması deyil. İdmançıların ən yaxşı şəkildə müalicə edilməsinə xidmət edir. Biz xidmətinin qarşılığında ödəniş götürürük və bunu idman klubları ödəyir. İdmançını hava limanından götürür, qarşılayır, müalicəsini edir və yenə eyni şəkildə yola salırıq”.
Turan təxminən bir ildir ölkəmizdə ofislərinin olduğunu, Bakıda iki böyük xəstəxana, idman federasiyaları və 3 böyük idman klubu ilə razılaşmalarının olduğunu bildirib: “Bu günə qədər azərbaycanlı oyunçular müalicə üçün daha çox Almaniyanı seçirdi. İndi isə azərbaycanlı idmançılar Türkiyəyə müalicə məqsədilə gəliblər. Bunlar qadın futbol yığmasının oyunçuları Kifayət Osmanova ilə Günel Mütəllimova, habelə, millinin üzvü Namiq Məmmədkərimovdur”.
Qeyd edək ki, Məmmədkərimov çimərlik futbolu və futzalda oynayıb.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0