Rəşad Sadiqov: Pley-offda kiminlə qarşılaşacağımızın əhəmiyyəti yoxdur
06.08.2010 - 14:17
“Çətin olacağını bilirdik. Səfərdə 1:0 hesabı ilə qələbə qazanmağımız bizim üçün əlavə üstünlük idi. Bu qədər azarkeş önündə məğlub olmağı heç vaxt istəməmişik. Pley-off da hansı rəqibin düşməsinin əhəmiyyəti yoxdur. Çalışacağıq ki, ötən ilki məğlubiyyətin acısını dadmayaq. İnşallah, çalışacağıq ki, qrup mərhələsinə düşək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Visla” ilə oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.
Oyunun yorğunluğunu üzərlərindən hələ də atmayan əyalət təmsilçisinin yarımmüdafiəçisi ikinci hissədə arxaya çəkilmələrini belə izah edib: “3:0 hesabı ilə irəlidə olduğumuzdan, komanda sakitləşdi. Polşa təmsilçisi ilə açıq futbol oynaya bilməzdik. Açığını desək, onlar fiziki cəhətdən bizdən üstündürlər. Bunu nəzərə alıb, arxaya çəkildik. Yoxsa özümüzü yorub, sona 15-20 dəqiqədə əziyyət çəkmək düzgün deyil”.
Yarımmüdafiəçi müdafiəyə çəkilmələrinin hansısa taktiki gedişlə bağlı olmadığınıbildirib: “Yox, bu taktiki gedişlə bağlı deyil”.
Havanın futbol oynamaq üçün normal olduğunu da vurğulayan Sadiqov birinci hissədə rəqibi 3 dəfə cəzalandıracaqlarını gözləmədiklərini bildirib: “Bunu gözləmirdik. Birinci hissədə arxaya çəkilib, “Visla”nın əks hücumlarda yaxalamaq istəyirdik. 3 top vurmağımız rəqibi əks-hücumlarda yaxalamağımızın bəhrəsi idi. Qol vurmaq üçün başqa imkanlarımız da oldu. Ancaq istifadə edə bilmədik”.

- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0