Berti Foqts: Hazırda Azərbaycanda sürətli futbolçu çox azdır
10.08.2010 - 14:30
“Əfran İsmayılov “Borussiya” ilə oyunda rəqibə çətinlik yaşada bilərdi. Bildiyiniz kimi, bu gün Azərbaycanda sürətli futbolçu çox azdır. Onun yoxluğu “Qarabağ” üçün şok itki oldu. O, əməliyyat olunacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Küveytlə oyuna hazırlığını davam etdirən yığma komandanın heyətinə cəlb edilən, amma “Neftçi” ilə görüşdə zədələndiyi üçün komandadan uzaqlaşdırılan Əfran İsmayılovun yoxluğunda Berti Foqts yarımmüdafiənin sağında kimə şans verəcəyini dəqiqləşdirib. Fikrini açıqlayan almaniyalı mütəxəssis Əfranın sağ cinah üçün alternativ olduğunu bildirib: “Mahir Şükürov bu mövqedə yaxşı oynayır. Əfran sadəcə, həmin mövqe üçün alternativ idi”.
Qeyd edək ki, Azərbaycan - Küveyt oyunu bu gün keçiriləcək.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0