Rafael Əmirbəyov bəxtdən şikayətlənir
10.08.2010 - 16:30
“Simurq”a qarşı normal oynadıq. İmkanlarımız olsa da, cəmi birindən istifadə edə bildik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun müdafiəçisi Rafael Əmirbəyov deyib.
34 yaşlı müdafiəçi Unibank Premyer Liqasının I turunun “Simurq”la oyununda itirilən 2 xala görə təəssüflənir: “Həmin oyunda biz qələbəyə layiq idik. Ancaq bəxtimiz gətirmədi. Həm də birinci turun oyunları hər zaman çətin keçir. Qarşıdakı oyunlarda azarkeşlərimizə qələbə sevinci yaşatmağa çalışacağıq”.
Qeyd edək ki, mövsümün startına 1 həftə qalmış “Bakı”dan ayrılan Rafael karyerasını “Gəncə”də davam etdirmək qərarına gəlib. Əyalət təmsilçisinin düşərgəsində cəmi 3 gün hazırlıq keçən müdafiəçi yeni komandasında “Simurq”la oyunda debüt edib. Bu matçda “Gəncə” məğlubiyyətdən son anda qaça bilib – 1:1.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0