“Everton”dan “Neftçi”yə məktub gəldi: Gözləyin!
10.08.2010 - 20:56
Araz Abdullayevi transfer etməkdə israrlı olan “Everton” klubundan “Neftçi”yə məktub gəlib. Klubun mətbuat xidmətindən apaspor.az saytına verilən xəbərə görə, 18 yaşlı yarımmüdafiəçinin transfer məsələsi ilə məşğul olan İngiltərə komandasının meneceri Tasos Anaqusosun yazdığı məktubda bildirilir ki, nümayəndələrinin Bakıya səfəri nəzərdə tutulub: “Everton” rəhbərliyi və məşqçiləri Araz Abdullayevin transferində marağını davam etdirir. Bildiyiniz kimi, bu futbolçu bir müddət öncə klubumuzda tibbi müayinədən uğurla keçib. "Everton"un məşqçi korpusu Abdullayevin oyunları yazılmış diskləri izləyib və onun komandamız üçün çox faydalı olacağını düşünür. Yəni, "Neftçi"nin futbolçusu hələ də "Everton"un maraq dairəsindədir. Sadəcə, ötən ay "Everton"da klubdaxili problem yaranıb. Bir futbolçu komandanın düşərgəsini özbaşına tərk etdiyindən, arzuolunmaz vəziyyət yaranıb. Hazırda bu problemi yoluna qoymaqla məşğuluq. Klubdaxili problem həllini tapdıqdan sonra, "Everton"un nümayəndələri Araz Abdullayevin transferi ilə bağlı Bakıya gələcəklər".
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0