Avstriya yığması ciddi itki ilə üzləşdi
11.08.2010 - 09:52
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqibimizin kapitanı Mark Yanko bu gün İsveçrə ilə keçiriləcək yoldaşlıq oyununda iştirak edə bilməyəcək. Buna 27 yaşlı hücumçunun baldır əzələsindəki zədə səbəb olub.
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovla birlikdə Hollandiyanın “Tvente” klubunun şərəfini qoruyan Yanko yalnız 60 faiz bərpa olunduğundan sağlamlığı ilə risk etmək istəməyib.
Qeyd edək ki, Markdan başqa, avstriyalıların heyətində daha iki itki var. Qapıçı Yurgen Maxo və yarımmüdafiəçi Daniel Bayxler də zədə ucbatından oynamayacaq.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0