“Borussiya” - “Qarabağ” oyunu rumıniyalılara tapşırıldı
12.08.2010 - 10:12
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının IV təsnifat mərhələsindəki ilk oyununu rumıniyalı hakimlər briqadası idarə edəcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimizin Almaniyanın “Borussiya” klubu ilə səfər qarşılaşmasının baş hakimi Pavel Kristian Balay olacaq. O, avqustun 19-da komandaları Dortmundun “Vestfalenştadion” kimi tanınmış “Siqnal İduna Arena”ya çıxaracaq. 39 yaşlı hakim start fitini Bakı vaxtı ilə saat 00:05-də verəcək.
Qeyd edək ki, Balay 2003-cü ildən beynəlxalq dərəcəli hakimdir.
Qeyd edək ki, Balay 2003-cü ildən beynəlxalq dərəcəli hakimdir.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0