Samir Əliyev: Gənc futbolçularla bir yerdə oynamaq çətindir
12.08.2010 - 13:50
“Gəncə” ilə oyuna çıxmamağım icazəli olmağımla bağlıdır. Qardaşımın toyu olduğu üçün rəhbərlikdən icazə almışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda “Simurq” klubunun hücumçusu Samir Əliyev deyib.
Cari mövsümdə əsasən gənclərə güvənən Zaqatala təmsilçisi bir neçə təcrübəli futbolçunun da xidmətinə ehtiyac duyub. Onlardan biri əsasən iddialı klubların formasını geyinmiş Samir Əliyevdir. Təcrübəli forvard gənclərlə oynamağın çətin olduğunu bildirib: “Oyunçularımızın əksəriyyəti gənclərdir. Onlar tədricən təcrübə toplayacaqlar. Əlbəttə, gənclərlə bir komandada oynamaq çətindir. Çünki təcrübəsizdirlər. Ancaq mən də cavan olmuşam. Yavaş-yavaş öz sözlərini deyəcəklər”.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0