Rumıniyalılar Uinston Parksın qiymətini açıqladı
13.08.2010 - 11:15
“Xəzər Lənkəran”ın transferini gerçəkləşdirmək üzrə olduğu Uinston Parksın keçidinin maliyyə tərəfi məlum olub. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı kosta-rikalı üçün tələb olunan pulun məbləğini açıqlayıb.
Uinstonun transferə çıxarıldığı “Timişoara” klubundan bir illik icarə haqqı 130 min avrodur. Gələn ilin yayında hücumçunu komandada saxlamaq qərarı verilərsə, “Xəzər Lənkəran” daha 400 min avro ödəməli olacaq.
Qeyd edək ki, 10 ildir Kosta-Rika yığmasında çıxış edən Parks 2002-ci ildə keçirilən dünya çempionatının final mərhələsinin iştirakçıısıdır.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0