“Ola bilsin ki, təcrübə toplamaq üçün bu şərtlə razılaşdım”
13.08.2010 - 23:08
“Tvente”dən heç yerə getmək fikrim yoxdur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun futbolçusu Vaqif Cavadov deyib.
Azərbaycan yığmasının da şərəfini qoruyan hücumçunun Enshede təmsilçisindən ayrılacağı və yenidən “Qarabağ”a qayıdacağı gözlənilir. Amma futbolçu haqqında yayılan xəbərləri təkzib edib: “Düzdü, hələ heç nə aydınlaşmayıb. Amma "Qarabağ"a və ya digər hansısa klubumuza qayıtmayacağımı hamı bilsin. Rusiya klublarından gələn təkliflərlə də çox maraqlanmıram. Hazırda Enshededəyəm və məşqçi ilə danışıb, taleyimi müəyyənləşdirəcəm. Müqaviləmi pozmaq fikrində deyiləm”.
Cavadov digər hollan komandasına keçəcəyini də istisna etməyib: “Başqa Hollandiya klubuna icarəyə veriləcəyimlə bağlı variantlar var. Ola bilsin ki, təcrübə toplamaq üçün bu şərtlə razılaşdım. Amma əmin olun ki, "Tvente"dən ayrılmaq söhbəti yoxdur".
Mənbə: “Ekspressfutbol” qəzeti

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0