Musa Süleymanovdan sərt ittihamlar: Belə hakimliklə inkişaf olmaz
14.08.2010 - 23:07
“Əfqan Həmzəyev Tovuz futbolunun inkişafını istəmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.
Unibank Premyer Liqasının II turu çərçivəsində keçirilmiş AZAL – “Turan” görüşü (1:0) qalmaqalla başa çatıb. Hakimlikdən narazı qalan Tovuz təmsilçisinin rəhbəri qarşılaşma başa çatandan sonra hakim-inspektor Murad Məmmədova öz iradlarını bildirib.
Süleymanovun fikrincə, baş hakim Əfqan Həmzəyev verdiyi əsassız qərarlarla “Turan”ın gənc futbolçularını “sındırıb”: “Biz ilk turda Tovuzda “İnter”ə 0:3 hesabı ilə uduzduq. Həmin qarşılaşmadan sonra heç səsimizi də çıxarmadıq. Amma bu dəfə AZAL-a əslində məğlub olmadıq. Hakimin yersiz qərarları nəticəyə təsir etdi. Komandamız gənclərdən qurulub. 500 km yol qət edib, Bakıya gəlmişik. 1 qol vursaq da, hakim nəzərə almır. Belə hakimliklə inkişaf olmaz”.
Klub prezidenti bildirib ki, qərəzli hakimliyə görə protest veriblər: “Biz oyunun protokolunda öz etirazımızı qeyd etmişik”.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0