“Borussiya”da daha bir itki
17.08.2010 - 08:39
Avropa Liqasının IV təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq “Borussiya” daha bir problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisinin hücumçusu Kevin Qrosskreuts zədələndiyi üçün Dortmunddakı ilk matçı buraxa bilər.
22 yaşlı futbolçu ölkə kubokunun “Vakker”lə I mərhələ oyununda qarın əzələsindən aldığı xəsarətdən sonra növbəti müayinənin cavabını gözləyir. Bunun üçün Duysburqa yollanan Kevinin durumu hələ ki qeyri-müəyyəndir. “Borussiya”nın həkimi Markus Braun hər şeyin yaxşı olacağına ümid edir: “Bizim məqsədimiz odur ki, Kevin cümə axşamı meydana çıxıb “Qarabağ”a qarşı oynasın”.
Qeyd edək ki, Qrosskreutsdan əvvəl Dede də zədələnərək komandasının hazırlıqlarından kənarda qalıb.

- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
0
0