Quiza “Erkules”lə anlaşdı
17.08.2010 - 12:37
“Fənərbaxça”nın futbolçusu Daniel Quiza karyerasını vətənində davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, bu gün 30 yaşını qeyd edən hücumçu Primeronun debütantı “Erkules”lə razılığa gəlib. Klubun prezidenti Enrike Ortis 2008-ci ildə İspaniya yığması ilə Avropa çempionu olan futbolçuya 4 illik müqavilə təklif edib.
Lakin keçidin baş tutması üçün “Erkules” rəhbərliyi türklərlə dil tapmalıdır. Belə ki, ispaniyalılar İstanbul təmsilçisinə 4 milyon avro vermək niyyətindədir. “Fənərbaxça” rəhbərliyi isə Quiza üçün daha çox 7 milyon tələb edir. Bu məbləğ də Ortisi qane etmir. Quiza isə tərəflərin ortaq məxrəcə gələcəyini gözləyir.
Qeyd edək ki, Daniel İspaniya millisində keçirdiyi 20 oyunda 6 qol vurub.

- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
0
0