20 futbolçumuz Litvada oynayacaq
18.08.2010 - 10:22
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Adil Şükürov Sumqayıtda keçirilən təlim-məşq toplanışının nəticələrinə əsasən 20 futbolçunu sərəncamında saxlayacaq. Bu oyunçular Litvada keçirilən ənənəvi “Palanqa turniri”ndə iştirak edəcək. Şükürov səfərə Oruc Balaşlı (“Simurq”), Tural Məmmədli, Elşən Abdullayev, Cavid Muxtarzadə, Məqsəd İsayev, Əyyub Əliyev, Emil Balayev, Taleh Kərimov
(hamısı “Neftçi”), Rəşad Əzizov, Fuad İslamzadə, Fuad Bayramov, Azər Salahlı (“İnter”), Elnur İsmayılov (“Daçiya”, Moldova), Tural Hümbətiov (“Zenit”, Rusiya), Namiq Ələsgərov, Mahir İbrahimov, Mətin Əbilsoy (hamısı “Bakı”), Haqverdi Yusifov (klubsuz), Teymur Quliyev (“Standard”) və Şirməhəmməd Məmmədovu (“Qəbələ”) aparacaq.
Qeyd edək ki, Litvadakı turnir avqustun 23-dən 29-dək keçiriləcək.
Mənbə: affa.az

- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
0
0