2 futbolçu xəstəxanalıq oldu
09.09.2010 - 13:35
Sinqapurda futbolçular rinqlə yaşıl meydanı səhv salıblar. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının 28-ci turunda qarşılaşan “Beyjinq Qoan” və “Yanq Loyons” komandalarının görüşündə dava düşüb. Hər 2 klubunun futbolçularının bir-birinə hücum etdikləri matçda ehtiyat oyunçuların da meydana girməsi aranı daha da qızışdırıb. 1 neçə dəqiqə davam edən əlbəyaxa döyüş komanda rəhbərliyinin müdaxiləsindən sonra sakitləşib. Lakin dava nəticəsində xəsarət alanlar da olub. Xəsarət alanlardan 2-sinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya çatdırılıb. Bundan sonra oyunda fasilə yaransa da, görüş yarımçıq saxlanılmayıb. Komandalar meydandan sülhlə ayrılıblar – 1:1.
Qeyd edək ki, Sinqapur Futbol Federasiyasının hər 2 kluba ağır cəza verəcəyi gözlənilir.
Qeyd edək ki, Sinqapur Futbol Federasiyasının hər 2 kluba ağır cəza verəcəyi gözlənilir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0