Avropa çempionatının seçmə oyunları ilk dəfə Bakıda
15.09.2010 - 14:40
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin qruplarından birinin oyunları Bakıda keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA Azərbaycan millisinin mübarizə aparacağı qrupun qarşılaşmalarının ölkəmizdə keçirilməsinə qərar verib. Bu isə o deməkdir ki, futzal millimiz tarixində ilk dəfə seçmə oyunlarını öz meydanında oynayacaq.
Qeyd edək ki, seçmə mərhələnin püşkatma mərasimi sentyabrın 24-də, İsveçrənin Nyon şəhərində təşkil olunacaq.
Mənbə: affa.az
Qeyd edək ki, seçmə mərhələnin püşkatma mərasimi sentyabrın 24-də, İsveçrənin Nyon şəhərində təşkil olunacaq.
Mənbə: affa.az
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0