“Xəzər Lənkəran”ın futbolçusu Türkiyədə əməliyyat olundu
17.09.2010 - 16:54
“Xəzər Lənkəran” klubunun futbolçusu David İmedaşvili Türkiyədə əməliyyat olunub. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Nadirovun sözlərinə görə, gürcüstanlı müdafiəçini İstanbul şəhərindəki “Acıbadem” klinikasında ortopediya travmatologiyası və idman zədələri mütəxəssisi, professor doktor Ömər Taşər diz meniskindən əməliyyat edib. Əməliyyat uğurla keçib. Hazırda vətənində olan 26 yaşlı oyunçu yaxın vaxtlarda “Xəzər Lənkəran”ın sıralarına qoşulacaq. Müəyyən müddət bərpa dövrü keçəcək İmedaşvilinin bir ay ərzində yaşıl meydançalara dönəcəyi gözlənilir.
Qeyd edək ki, Ömər Taşər bu yaxınlarda “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovu da əməliyyat edib.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0