Salyanda qalmaqal: Azarkeş hakimi döymək istədi
18.09.2010 - 18:23
Unibank Premyer Liqasının VI turu qalmaqalla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə bu gün keçirilən “Muğan” – “Xəzər Lənkəran” matçında qeydə alınıb. Qolsuz heç-heçə ilə başa çatan görüşdən sonra yaşananlara televiziya ilə canlı yayımlanan oyunun izləyiciləri də şahid olublar.
Matçın baş hakimi Anar Salmanov final fitini verən kimi hücuma məruz qalıb. Onun idarəçiliyindən narazı olan azarkeşlərdən biri meydana daxil olaraq əlindəki əşya ilə referiyə zərbə endirmək istəyib. Beynəlxalq dərəcəli hakimimiz çağırılmayan qonaqdan çəkinməyib onun üstünə getmək istəsə də, onlar haqq-hesab çürütməyə imkan tapmayıblar. Belə ki, yaxında olan polis işçisi azarkeşi tutub saxlaya bilib.
Qeyd edək ki, məsələyə çərşənbə axşamı keçiriləcək İntizam Komitəsinin iclasında aydınlıq gələcək.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0