“Turan” yeni kapitan seçdi
20.09.2010 - 15:30
Tovuzun “Turan” klubunun yeni kapitanının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının VI turundan etibarən Qərb təmsilçisinin kapitanı kimi Vurğun Hüseynov çıxış edəcək. Mövsümün ilk iki oyununda bu sarğını daşıyan müdafiəçi sonradan onu Hafiz Əliyevə verməli olmuşdu. Yalnız III turdan heyətə qayıdan Əliyevin oynadığı ardıcıl 3 görüşdə kapitanlıq məhz ona həvalə olunmuşdu.
Lakin hər iki oyunçunun start heyətində yer aldığı “Gəncə” ilə VI turun səfər görüşündə bu vəzifə yenidən Vurğuna tapşırılıb. Azərbaycan milli komandasının müdafiəçisi bunu belə izah edib: “Bunu məşqçilər bilər. Daha doğrusu, məşqçilər və futbolçular arasında sorğu keçirildi. Nəticədə məni kapitan seçdilər və sarğını həvalə etdilər. Əlbəttə, məsuliyyətim bir qədər də artıb”.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0