Kristof Daum azərbaycanlı futbolçu ilə işləməyə gəlir
22.09.2010 - 11:07
Tanınmış almaniyalı mütəxəssis Kristof Daum Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubunda baş məşqçi postuna gətirilir. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı mövsümə uğursuz başlayan Əskişəhər təmsilçisində baş məşqçi “kreslosu laxlayan” Rza Çalımbayı əvəzləməyə daha bir namizəddir. İndi məhz Daumun adı daha çox ön plana çıxmağa başlayıb. Alman həmkarlarımızın iddialarına görə, “Əskişəhərspor” rəhbərliyi ilə mütəxəssis arasında danışıqlar davam edir. Danışıqları Daumun adından vəkili Stefan Seitz aparır. Alman çalışdırıcı klub rəhbərliyi ilə danışıqlarda “Türkiyədə görüləcək hesabım var” deyib.
Qeyd edək ki, Daum Türkiyədə “Beşiktaş”ı və iki müxtəlif vaxtda “Fənərbaxça”nı çalışdırıb. Ötən mövsümdən sonra “Fənər”dən istefaya göndərilən mütəxəssislə yanaşı, “Qalatasaray”ın və Türkiyə yığmasının sabiq baş məşqçisi Fatih Terimin adı “Əskişəhərspor”un ətrafında hallanır.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0