Joel Epalle Almaniyaya qayıdır
22.09.2010 - 13:00
“Bakı”nın mövsümlərarası dövrdə transfer etdiyi kamerunlu futbolçu Joel Epalle Almaniyaya gedir. Apasport.az saytının məlumatına görə, buna səbəb təcrübəli yarımmüdafiəçinin zədəli olmasıdır. “Bakı”ya keçənə kimi Bundesliqada “Bohum” klubundakı çıxışı ilə tanınan Epalle hələ mövsümlərarası dövrdə indiki komandasının Almaniya toplanışında Lüksemburq çempionu “Jeness”lə keçirdiyi yoldaşlıq görüşündə dizindən zədələnib. İndiyə kimi iynə gücünə “zolaqlılar”a kömək edən Olimpiya çempionu artıq ağrılara dözə bilmir. Joelin ona tanış ölkədə ən azı 2 həftə müalicə kursu keçəcəyi gözlənilir. Əgər bu müddətdə o,zədəsini sağaltmasa, müalicəsi bir qədər də uzadılacaq.
Qeyd edək ki, 32 yaşlı Epalle 2000-ci ildə yığmasının heyətində Sidney Olimpiadasının qalibi olub.
Qeyd edək ki, 32 yaşlı Epalle 2000-ci ildə yığmasının heyətində Sidney Olimpiadasının qalibi olub.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0