Mirbağır İsayev: Məqsədimiz Premyer Liqaya yüksəlməkdir
22.09.2010 - 13:19
“Premyer Liqa klublarında işləmişəm. I divizionda ilk mövsümümdür. Ancaq rəqabətin güclü olduğunu vurğulamalıyam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.
Əvvəllər “Neftçi” və “Standard”da baş məşqçinin köməkçisi kimi çalışan İsayev bir müddət 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasında da eyni vəzifəni icra edib. Hazırda “Abşeron”la Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparan mütəxəssis aşağı dəstədə oyunların heç də zəif keçmədiyini bildirib: “Şəmkir”, “Rəvan” kimi güclü komandalarla qarşılaşmışıq. Heç bir komandanı asan məğlub etmək olmur. Yəni hazırlaşmadan oyuna çıxmaq mümkün deyil”.
Aşağı dəstə komandalarının istəkli olduğunu qeyd edən baş məşqçi ustalıq baxımından Premyer Liqadan geri qaldıqlarını istisna etməyib: “Ustalıq səviyyəsi Premyer Liqadakı qədər olmasa da, komandalarda arzu, istək və mübarizə əzmi böyükdür”.
Keçirdiyi 3 oyundan maksimum xal toplayan və turnir cədvəlinə başçılıq edən paytaxt təmsilçisi debüt ilindəcə Premyer Liqaya yüksəlmək istəyir: “Məqsədimiz Premyer Liqaya yüksəlməkdir. Heyətə cəlb etdiyimiz futbolçuların hamısı komandaya kömək edirlər. Heç birinə iradım yoxdur. Avqustun 6-da ilk təlim-məşq toplanışımızı keçirmişik. Heç 2 ay deyil fəaliyyət göstəririk. Buna baxmayaraq, kollektiv yarada bilmişik”.
Qeyd edək ki, “Abşeron” növbəti turda səfərdə “Bakılı” ilə qüvvəsini sınayacaq.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0