Avropa çempionatının gümüş mükafatçısı yığmadan getdi
23.09.2010 - 09:31
Portuqaliya milli komandasının futbolçusu Migel yığma karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Valensiya” klubunda çıxış edən müdafiəçi bir daha yığmanın şərəfini qorumamaq qərarına gəlib. 30 yaşlı futbolçu addımını səbəbini açıqlayıb: “Bu qərarı vermək mənim üçün çox çətin idi. Lakin düşünürəm ki, bu düzgün addım idi. Çünki gənclər üçün yolu açmaq lazımdır”.
Qeyd edək ki, Portuqaliya yığmasının heyətində 59 oyun keçirib 1 qol vuran Migel Azərbaycan milli komandasına qarşı da çıxış edib. Avro-2004-ün gümüş mükafatçısı növbəti qitə birinciliyinin oyunlarında yığmamıza qarşı forma geyib.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0