Azərbaycan çempionatının iştirakçısı Ukraynada qovuldu
23.09.2010 - 11:24
Ukraynanın “Tavriya” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Simferopol təmsilçisi komandanı çalışdıran Sergey Puçkovu istefaya göndərib. Bu, Ukrayna kubokunun 1/16 final mərhələsinin “Dnepr”lə qarşılaşmasından sonra baş verib. “Tavriya”nın 1:4 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra Puçkov vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, 1997/98 mövsümündə Azərbaycan çempionatının güclülər dəstəsində çıxış edən ukraynalı “Bakılı”nın şərəfini qoruyub. Həmin vaxt ölkəmizdə 10 oyuna 1 qol vuran müdafiəçi “Tavriya”nın baş məşqçisi kimi bir müddət əvvəl “Əməkdar məşqçi” adına layiq görülmüşdü.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0