“Elnur Allahverdiyev mənim üçün Azərbaycanda ən çətin müdafiəçidir”
23.09.2010 - 15:06
Bakının “İnter” klubunun litvalı futbolçusu Robertas Poşkusun Azərbaycan milli çempionatında ən arzuolunmaz rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu ikinci ildir oynadığı Premyer Liqamızda ən çətin keçilən müdafiəçi “Xəzər-Lənkəran”ın üzvü Elnur Allahverdiyevi hesab edir. Maraqlıdır ki, Poşkus klubun rəsmi saytına müsahibəsində çətin oynadığı futbolçunun adını çəksə də, soyadını, deyəsən, unudub. Hər halda, Robertas soyad çəkməsə də, yığmamızın da oyunçusu olan Allahverdiyevi nəzərdə tutduğu şübhə doğurmur: “Bəli, şəxsən mənim üçün belə bir müdafiəçi var. “Xəzər-Lənkəran”da mərkəz müdafiəçisi var. Onu hətta Azərbaycan millisinə də çağırırlar. Adı Elnurdur. Ona qarşı oynamaq çox çətindir, çox sərt və inadcıl futbolçudur”.
Qeyd edək ki, Poşkus ötən çempionatda vurduğu 12 qolla “İnter”in bombardiri olub.
Qeyd edək ki, Poşkus ötən çempionatda vurduğu 12 qolla “İnter”in bombardiri olub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0