“Aleksandar Şoliç səhvini başa düşüb, üzr istəyib”
23.09.2010 - 20:48
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandanın yarımmüdafiəçisi Aleksandar Şoliçin əvəzedici komandaya göndərilməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının 2009/10 mövsümünün mükafatlandırma mərasimində iştirak edən Məmmədov bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb. O, çempionatın VI turunun “Simurq”la oyunu ərəfəsində baş məşqçi Vinfred Şaferlə problemi yaranan Şoliçin əvəzedici komandaya göndərilməsinə də toxunub: “Şoliç səhv etmişdi və bu səbəbdən əvəzedici komandaya göndərilib. Lakin o, əsl peşəkardır və səhvini başa düşüb. Aleksandar başını aşağı salıb əvəzedici komandada məşq edir və hərəkətinə görə üzr də istəyib”.
Qeyd edək ki, Şoliç ötən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.
Qeyd edək ki, Şoliç ötən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0