İspaniya yığması Bakıya gəlir! - FOTO
24.09.2010 - 16:46
Bu gün final mərhələsi 2012-ci ildə Xorvatiyada keçiriləcək futzal üzrə Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının xəbərinə görə, mübarizəyə təsnifat mərhələsindən başlayacaq Azərbaycan yığması A qrupunda yer alıb.
Millimiz sonuncu Avropa çempionu İspaniya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq. Komandamızın digər rəqibi isə ilk mərhələnin D qrupunun qalibi olacaq. Bu qrupda Litva, Bolqarıstan, Fransa və Malta yarışacaq. Qrupun oyunları Maltada keçiriləcək.
Qeyd edək ki, yığmamızın yer aldığı qrupun oyunları Bakıda keçiriləcək. Bu mərhələnin oyunları gələn il fevralın 24-27-də keçiriləcək. Qrup qalibləri və ikinci yerləri tutan 6 komandadan 5-i final mərhələsinə yüksələcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0